Quru yolu ilə beynəlxalq yük daşımaları
TradeGroup beynəlxalq quru yolu yük daşımaları sahəsində etibarlı və peşəkar logistika xidmətləri təqdim edən şirkət olaraq müştərilərinə sürətli, təhlükəsiz və effektiv həllər təklif edir. Müxtəlif ölçü və kateqoriyaya aid yüklərin daşınmasını təşkil edərək kompleks logistika xidmətləri ilə fərqlənirik.
Quru yolu daşımaları bu gün ən geniş yayılmış nəqliyyat üsullarından biri olmaqla yüklərin operativ və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılmasına imkan yaradır. TradeGroup müasir tır və treyler parkı vasitəsilə yüklərin dünyanın müxtəlif ölkələrindən Azərbaycana, eləcə də Azərbaycandan xarici bazarlara daşınmasını həyata keçirir.
Quru yolu daşımaları çərçivəsində aşağıdakı növ yüklərin daşınması mümkündür:
• Həcmli və ağır yüklər
• İri sənaye avadanlıqları
• Təcili çatdırılmalı yüklər
• Qeyri-standart ölçülü yüklər
Şirkətimiz geniş beynəlxalq tərəfdaş şəbəkəsi sayəsində yüklərin təhlükəsiz və vaxtında çatdırılmasını təmin edir. TradeGroup həm idxal, həm də ixrac əməliyyatlarında müştərilərinə etibarlı logistika dəstəyi təqdim edir və geniş coğrafiyanı əhatə edən xidmət göstərir.
Xidmətlərimiz iki əsas istiqamət üzrə təqdim olunur:
• LTL (qismən yüklər) – kiçik və orta həcmli yüklər üçün optimal və sərfəli həll. Çin istiqamətində Yiwu, Khorgos və Guangzhou şəhərlərində yerləşən anbarlarımızda yüklər konsolidasiya olunur, çeşidlənir və mütəmadi olaraq Azərbaycana çatdırılır. Eyni zamanda digər ölkələrə göndərişlər də təşkil edilir.
• FTL (tam yüklər) – iri həcmli yüklər üçün xüsusi nəqliyyat həlləri. Türkiyə, Rusiya, Avropa ölkələri, MDB regionu, Çin və Mərkəzi Asiya istiqamətlərindən gündəlik daşımalar həyata keçirilir.
TradeGroup-un soyuducu (refrigerator) və tentli yük avtomobilləri qida məhsulları, sənaye malları, layihə yükləri və iri avadanlıqların daşınması üçün uyğun şərait yaradır.
Şirkətimiz hər bir müştərinin tələbinə fərdi yanaşır, daşınma prosesində maksimum təhlükəsizlik təmin edir və yüklərin vaxtında çatdırılmasına xüsusi önəm verir. TradeGroup ilə logistika daha etibarlı və rahatdır.