Yüklərin hava yolu ilə daşınması dünyanın hansı yerindən asılı olmayaraq yük çatdırılmasının ən sürətli və etibarlı yoludur. Bu baxımdan hava nəqliyyatı loqistik xidmətlər arasında ən vacib və tələb olunan xidmətlərdən biri hesab olunur. Trade Group şirkəti olaraq hava nəqliyyatı daşımaları üzrə sizə tam kompleks xidmət təklif edirik. Buraya avia daşınma xidmətlərindən tutmuş hüquqi və gömrük sənədləşdirilməsinə qədər tam xidmətlər paketi daxildir.
Bizim hava nəqliyyatı xidmətimizin coğrafiyası Cənub-Şərqi Asiya, Avropa, Yaxın Şərq, Şimali və Cənubi Amerikanı əhatə edir. Müştərinin ehtiyaclarından asılı olaraq, biz hava yolunu, marşrutu və çatdırılma vaxtını da təyin edə bilirik.
Trade Group şirkəti Lufthansa, LOT, FinnAir, Emirates, China Airlines, Aeroflot, AirBridge və bir çox digər beynəlxalq aviaşirkətlərin xidmətlərindən istifadə edir
Dəmir yolu nəqliyyatı ilə yük daşınmaları küsusilə uzun məsafələrə daşınma zamanı yüksək etibarlılığı və təhlükəsizliyi təmin edən ən universal və ucuz daşınma vasitəsidir. Böyük tutumlu vaqonlar, eləcə də müxtəlit platformalar sayəsində daşınma üçün istifadə olunan dəmir yollarında istənilən növ yükləri, o cümlədən iriçaplı və digər avadanlıqları daşımaq mümkündür.
Biz beynəlxalq ticarət əlaqələrində müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün peşəkar konsultasiya xidmətləri təqdim edirik. Şirkətimiz, müştərilərimizin xarici bazarlarda uğur qazanmasına kömək etmək üçün bazar araşdırmalarından tutmuş, gömrük və tənzimləyici tələblərin yerinə yetirilməsinə qədər hər sahədə dəstək olur. Bizim məqsədimiz, sizin qlobal ticarətdə rəqabət üstünlüyü əldə etmənizə, riskləri minimuma endirmənizə və yeni bazarlara uğurla daxil olmanıza kömək etməkdir. Müştərilərimizin hər zaman uğur qazanması üçün beynəlxalq ticarət üzrə məsləhətlər veririk və bu sahədə ən son yenilikləri sizin üçün izləyirik.