Tradegroup haqqında

Etibarlı Gömrük və Logistika Partnyorunuz

Biz Kimik ?

Tradegroup – gömrük rəsmiləşdirilməsi, beynəlxalq yükdaşıma və kompleks logistika sahəsində ixtisaslaşmış, peşəkar və təcrübəli komandaya malik bir şirkətdir. Fəaliyyətə başladığımız ilk gündən etibarən məqsədimiz, müştərilərimizə sürətli, şəffaf və etibarlı xidmətlər təqdim etmək olmuşdur.

Bizim Missiyamız

Biz ticarət və logistika sahəsində yerli və beynəlxalq bizneslərin qarşılaşdığı çətinlikləri asanlaşdırmaq, hüquqi və praktiki prosesləri sadələşdirmək üçün çalışırıq. Missiyamız müştərilərimizin iş yükünü azaltmaq, vaxtlarına və resurslarına qənaət etmələrinə şərait yaratmaqdır.

Bizim Görüşümüz

Gələcəyə baxışımız Azərbaycanın və regionun ən etibarlı gömrük və logistika partnyoruna çevrilmək, innovativ həllər və davamlı inkişaf yolu ilə xidmət keyfiyyətimizi daim yüksəltməkdir.

Dəyərlərimiz

Etibarlılıq – Şəffaf və dürüst yanaşma.
Peşəkarlıq – Təcrübəli və ixtisaslaşmış komanda.
Müştəriyönümlülük – Fərdi yanaşma və dəstək.
Qanunauyğunluq – Hüquqi çərçivəyə tam uyğun xidmətlər.
Operativlik – Sürətli və vaxtında icra.

Niyə Məhz Tradegroup?

Təcrübə və Peşəkarlıq – 5 ildən artıq sahə təcrübəsi
Şəffaflıq – Əlavə xərclər və sürprizlərsiz xidmət
Sürət – Vaxtında çatdırılma və sənədləşmə
Fərdi Yanaşma – Hər müştəriyə uyğun həllər
Daimi Dəstək – Əlaqə, izləmə və hüquqi məsləhət

Uğurlarımız Rəqəmlərlə

1000+ uğurla həyata keçirilmiş daşınma əməliyyatı
20+ ölkə ilə əməkdaşlıq
15+ peşəkar mütəxəssis komandası
2 regional filial
5 il sektor üzrə təcrübə

Nə Edirik?

İdxal-ixrac proseslərində gömrük rəsmiləşdirilməsi, beynəlxalq yükdaşıma və logistika xidmətləri təqdim edirik. Sürətli, etibarlı və qanunlara uyğun həllərlə işinizi asanlaşdırırıq.

Gömrük Rəsmiləşdirilməsi Xidmətləri

İdxal və ixrac proseslərində sənədləşmə, bəyannamələrin hazırlanması və gömrük nəzarətindən keçmə işlərini bizim ixtisaslaşmış komandamıza həvalə edin. Tradegroup, hüquqi çərçivəyə uyğun, sürətli və şəffaf gömrük xidmətləri ilə sizin yanınızdadır.

Logistika və Daşınma Həlləri

Yüklərinizin təhlükəsiz və vaxtında ünvana çatması bizim məsuliyyətimizdir. Yerli və beynəlxalq yükdaşıma, anbarlama və multimodal logistika həlləri ilə Tradegroup, ticarət dövriyyənizin fasiləsiz davam etməsini təmin edir.

Anbar və Konsaltinq Xidmətləri

Müasir və təhlükəsiz anbarlarda yüklərin saxlanması, terminal emalı, həmçinin beynəlxalq ticarət üzrə peşəkar məsləhət və hüquqi dəstək xidmətləri ilə xidmətinizdəyik.

Niyə Məhz Biz?

Sizi yormayan proseslər, etibarlı tərəfdaşlıq və peşəkar yanaşma Tradegroup olaraq fərqimizi hiss etdiririk.

Peşəkar Komanda
Sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandamız hər mərhələdə sizi dəstəkləyir.

Sürətli və Şəffaf Xidmət
Əməliyyatlarınızın qanunvericiliyə uyğun və vaxtında icrasını təmin edirik.

Fərdi Yanaşma
Hər müştərinin ehtiyacına uyğun optimal həll yolları təqdim edirik.