Qitələrarası ticarətdə vaxt və xərc balansı hər bir biznes üçün kritik əhəmiyyət kəsb edir. Çindən dəmir yolu vasitəsilə həyata keçirilən FCL (Tam Konteyner Yükü)LCL (Hissə-hissə / Parsel Konteyner) daşımaları dəniz nəqliyyatından daha sürətli, hava nəqliyyatından isə daha büdcəyönümlü alternativ kimi önə çıxır.

Şərq-Qərb nəqliyyat dəhlizi üzrə təklif olunan yeni dəmir yolu həlləri logistika zəncirini daha dayanıqlı və proqnozlaşdırılan edir:

Sabit hərəkət cədvəlləri, hava şəraitindən minimum asılılıq və sürətləndirilmiş gömrük rəsmiləşdirilməsi sayəsində dəmir yolu xətti Çindən mal idxal edən sahibkarlar üçün təchizat zəncirinin kəsintisiz işləməsini təmin edir.