Qlobal ticarət həcminin artması fonunda Çindən quru yolu (TIR) ilə yükdaşımalarına olan tələbat sürətlə böyüyür. Dəniz və dəmir yolu xətlərinə alternativ olaraq önə çıxan avtomobil daşımaları, xüsusilə FTL (Tam Yük Bəyannaməsi) və LTL (Hissə-hissə / Parsel Yük) formatında sahibkarlara böyük elastiklik təmin edir.
Yeni logistika həllərimiz sayəsində Çinin əsas istehsal mərkəzlərindən toplanan yüklər birbaşa quru yolu şəbəkəsi vasitəsilə mənzil başına çatdırılır:
- FTL Daşımaları (Full Truck Load): Böyükhəcmli və təcili yükləriniz üçün bütöv bir nəqliyyat vasitəsi ayrılır. Yükün birbaşa ünvandan götürülüb çatdırılması transit vaxtını maksimum dərəcədə qısaldır.
- LTL Daşımaları (Less than Truck Load): Kiçik və orta həcmli yüklər üçün ideal iqtisadi seçimdir. Yükünüz ümumi nəqliyyat vasitəsində digər sifarişlərlə birləşdirilir, bu da daşıma xərclərini optimal səviyyəyə endirir.
Optimpllaşdırılmış gömrük keçid prosedurları və real vaxt rejimində GPS izləmə sistemi ilə Çindən quru yolu daşımaları həm vaxta, həm də büdcəyə qənaət etmək istəyən bizneslər üçün ən etibarlı həll yollarından birinə çevrilir.