Hava nəqliyyatı ilə yük daşımaları

Yüklərin hava yolu ilə daşınması dünyanın hansı yerindən asılı olmayaraq yük çatdırılmasının ən sürətli və etibarlı yoludur. Bu baxımdan hava nəqliyyatı loqistik xidmətlər arasında ən vacib və tələb olunan xidmətlərdən biri hesab olunur.

Trade Group şirkəti olaraq hava nəqliyyatı daşınmaları üzrə sizə tam kompleks xidmət təklif edirik. Buraya avia daşınma xidmətlərindən tutmuş hüquqi və gömrük sənədləşdirilməsinə qədər tam xidmətlər paketi daxildir.

Hava nəqliyyatı xidmətinin coğrafiyası

Bizim hava nəqliyyatı xidmətimizin coğrafiyası Cənub-Şərqi Asiya, Avropa, Yaxın Şərq, Şimali və Cənubi Amerikanı əhatə edir. Müştərinin ehtiyaclarından asılı olaraq, biz hava yolunu, marşrutu və çatdırılma vaxtını da təyin edə bilərik.

Trade Group şirkəti Lufthansa, LOT, FinnAir, Emirates, China Airlines, Aeroflot, AirBridge və bir çox digər beynəlxalq aviaşirkətlərin xidmətlərindən istifadə edir

  • Ümumi yüklərin daşınması
  • Konteyner yüklərin daşınması
  • Qabariti az olan yüklərin daşınması
  • Ağır çəkili yüklərin daşınması
  • Tempraurdan asılı olan yüklərin daşınması
  • "Qapıdan qapıya" yük daşıma xidməti
  • Daxili yük daşıma xidməti
  • Beynəlxalq yük daşıma xidməti

Nəqliyyat vasitələrində malların daşınma marşrutları

Trade Group şirkəti Avropa (Almaniya, İtaliya, Fransa və s.), Asiya (Çin, Tayvan və s. yüklər), MDB (Rusiya, Belarusiya və s.) ölkələri arasında yüklərin avtonəqliyyat vasitələri ilə çatdırılması və ticarət əlaqələrinin təmin edilməsi üzrə ixtisaslaşmışdır

Bütün bunlarla yanaşı Trade Group şirkəti olaraq həmçinin quru yük daşımaları zamanı tələb olunan hüquqi və gömrük sənədlərinin hazırlanmasında da tam şəkildə müştərilərimizə dəstək göstəririk. Eyni zamanda konsaltinq xidmətimizdən də yararlanmaqla öncədən quru üzərindən ən effektiv yol xəritənizi də tərtib edə bilərsiniz.

Info

Telefon: +99450 261 39 40

Email: office@trade.com.az

Trade Group

İndi müraciət edin

Loqistik xidmətə ehtiyacınız var?